Prezident Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Kitabxanasında keçirilən **“Beynəlxalq Kitabxana 5.0 və İnsan Mərkəzli Rəqəmsal Çevrilmə Konfransı”**nda çıxış edib.
Turkustan.az xəbər verir ki, Ərdoğan çıxışına iştirakçılara təşəkkür etməklə başlayaraq, elm, mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələrini, eləcə də gəncləri salamlayıb. O, “Kitabxana 5.0 və İnsan Mərkəzli Rəqəmsal Çevrilmə Beynəlxalq Konfransı” münasibətilə “sizləri Millət Kitabxanamızda salamlamaqdan məmnunluq duyuram” deyib.
Ərdoğan həmçinin Özgür Özəlin Ümraniyədə səsləndirdiyi fikirlərə kürsüdən cavab verib.
O, çıxışında bildirib:
“Dünən ana müxalifət partiyasının sədrinin söylədiyi cəfəngiyyatı həm öz partiyası, həm də ölkəmizin siyasəti adına utanaraq izlədim. Onun, Türkiyənin ikinci ən böyük partiyasının liderimi, yoxsa sındırılmış bir təhqir maşınımı olduğu artıq anlaşılmır. Türkiyə belə bir ifadə tərzinə layiq deyil.”
Aytən Yaşar/ Turkustan.az