İranlı ekspert Zəngəzur dəhlizi barədə: Qorxuruq


“İran Ermənistanın cənub hissəsindən keçən nəqliyyat (Zəngəzur) dəhlizinin mümkün geosiyasi komponentindən narahatdır. Tehranın narahatlığı yolun tikintisi ilə yox, İran sərhədləri yaxınlığında ABŞ-nin mümkün hərbi mövcudluğu ilə bağlıdır”.

Turkustan.az xəbər verir ki, bunu iranlı ekspert Armina Arm Ermənistan KİV-ə deyib.

İrəvanın yolun tikintisində ABŞ-nin hərbi iştirakının nəzərdə tutulmaması ilə bağlı bəyanatlarını şərh edən Arm qeyd edib ki, İran ehtiyatlı davranır:

“Tarix göstərir ki, ABŞ-nin iqtisadi layihələri tez-tez siyasi və geosiyasi xarakter alır. Tehranı qorxudan da budur. On ildən artıqdır sanksiyalar altında yaşayırıq və Vaşinqton İranın iştirakı olmadan təşəbbüslər həyata keçirir. Cənubi Qafqaz bu tendensiyanın bir hissəsi ola bilər.

Üstəgəl, Birinci və ikinci Qarabağ, eləcə də Ukraynadakı müharibələrdən sonra Rusiyanın regionda təsiri zəifləyib və bu, yeni risklər yaradır”.

Layihənin Ermənistan-İran münasibətlərinə təsiri ilə bağlı sualı cavablandıran ekspert qeyd edib ki, onların təməli möhkəm olaraq qalır:

“Ermənistanla İran arasında münasibətlər həmişə dostca olub. Heç bir siyasi ziddiyyət yoxdur və proqramın onları pozması üçün heç bir səbəb görmürəm”./teleqraf


MANŞET XƏBƏRLƏRİ