Alyans ölkələri Rusiya ilə uzun sürən qarşıdurmaya hazır olmalıdırlar.
Turkustan.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Rumıniyada keçirilən müdafiə forumunda bəyan edib.
"Rusiya Avropada və dünyada sabitliyi pozan qüvvə olaraq qalacaq. Onlar uzunmüddətli qarşıdurmaya hazırlaşırlar. Biz sadəlövh ola bilmərik - biz də hazır olmalıyıq", - deyə Rutte vurğulayıb.
Qeyd edək ki, Moskva son illər NATO-nun ölkənin qərb sərhədləri yaxınlığında hərbi fəallığının artmasını müntəzəm olaraq bildirib. Alyansın bu cür addımların “Rusiya təcavüzünün qarşısını almaq” məqsədi daşıdığını iddia etməsinə baxmayaraq, Rusiya bu cür hərəkətləri təxribat kimi qiymətləndirir.
Rusiya rəsmiləri dəfələrlə blokun Avropada genişlənməsi və alyansın Rusiya sərhədləri yaxınlığında infrastrukturunun güclənməsindən narahat olduqlarını bildiriblər./publika.az