Kreml: Görünür ABŞ Putinin göstərişlərinə reaksiya vermədi


Kremlin sözçüsü Peskov ABŞ-ın Putinin nüvə sınaqları üçün lazımı hazırlıqların görülməsi ilə bağlı göstərişlərinə reaksiya vermədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin nüvə sınaqları üçün lazımı hazırlıqların aparılması ilə bağlı göstərişlərinə reaksiya vermədiyini bildirib.

Peskov təyyarədə rusiyalı jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.

Rusiya prezidenti Putinin dünən Təhlükəsizlik Şurası üzvlərinə nüvə sınaqları üçün lazımi hazırlıqların görülməsi ilə bağlı göstəriş verdiyini qeyd edən Peskov, Qərb mətbuatının buna kifayət qədər “emosional” reaksiya verdiyini bildirib.

"Bir çox KİV deyilənləri təhrif etməkdən çəkinmir. Bütün bunlar hazırda Qərb ölkələrində yayılan anti-Rusiya militarist isteriyasına uyğundur", - Peskov bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ