Misir xəbərdarlıq edib ki, Qəzza zolağında yaradılması planlaşdırılan “beynəlxalq qüvvə”yə HƏMAS-ı tərksilah etmək tapşırığı verilərsə, bu, toqquşmalara səbəb ola bilər.
Turkustan.az xəbər verir ki, Misir Mətbuat və İnformasiya Təşkilatının rəhbəri Ziya Rəşvan mətbuata açıqlamasında Qəzzada HƏMAS-ın tərksilah edilməsinə dair müzakirələrə münasibət bildirib.
Rəşvan qeyd edib ki, HƏMAS-ın silahsızlaşdırılması məsələsi hazırda HƏMAS və İsrail arasında davam edən atəşkəs danışıqları çərçivəsində müzakirə olunur və bu məsələ hələ danışıqlar mərhələsindədir.
“Müqavimətin (HƏMAS-ın) silahlarını ələ keçirmək tapşırığı verilən beynəlxalq qüvvə özünü çox çətin vəziyyətə salacaq. Düşünmürəm ki, hər hansı ərəb və ya qeyri-ərəb ölkəsi bu missiyanı qəbul etsin, çünki bu, yeni münaqişələrə səbəb ola bilər,” – deyə Rəşvan bildirib.
Aytən Yaşar/ Turkustan.az