MİT direktoru Həmas heyəti ilə görüşdü


Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın İstanbulda Həmas Siyasi Bürosunun Danışıq Qrupunun rəhbəri Xəlil əl-Hayye və onu müşayiət edən Həmas heyəti ilə görüşüb.

Turkustan.az xəbər verir ki, görüş zamanı HƏMAS nümayəndə heyəti “Qəzza atəşkəs razılaşması” çərçivəsində atəşkəsin əldə olunmasında və bu prosesin monitorinqində rolu və səylərinə görə vasitəçi və təminatçı kimi Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə təşəkkürlərini bildiriblər.

Həmas nümayəndə heyəti də atəşkəs prosesi boyunca İsrail tərəfinin yol verdiyi pozuntulara baxmayaraq, atəşkəs razılaşmasına sadiqliyini bir daha bəyan edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ