Quterreşdən XƏBƏRDARLIQ: Ölkədə müharibə nəzarətdən çıxır


BMT-nin baş katibi Antonio Quterreş Sudanda müharibənin “nəzarətdən çıxması” barədə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, BMT-nin Qətərdə keçirilən sammitindəki çıxışında Quterreş Afrikanın şimal-şərqində yerləşən Sudanda baş verən hadisələrə toxunub.
Darfur bölgəsindəki Faşir şəhərinin Sürətli Dəstək Qüvvələrinin (HDK) nəzarətinə keçdiyini xatırladan Quterreş bölgədəki müharibənin “nəzarətdən çıxdığını” bildirib.

Quterreş bölgədəki vəziyyəti “dünyanın ən pis humanitar böhranlarından biri” kimi xarakterizə edərək, döyüşən tərəfləri “dərhal atəşkəsə” çağırıb.

Beynəlxalq səviyyədə insan haqlarının pozulması ilə bağlı davamlı xəbərlər aldıqlarını qeyd edən Quterreş, "Yüz minlərlə mülki şəxs bu mühasirə altındadır. İnsanlar qida çatışmazlığı, xəstəlik və zorakılıqdan ölür" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ