Sərhədin açılması müzakirə olunmur - Diplomatik mənbə


Hazırda Ermənistan-Türkiyə sərhədinin açılması müzakirə olunmur.

Turkustan.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Türkiyə diplomatik mənbəsi bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar davam edir:

"Hazırda söhbət konkret olaraq sərhədlərin açılmasından yox, münasibətlərin normallaşdırılmasından gedir. Bu məsələ prosesin gedişindən asılı olacaq; hələ ki, konkret vaxt qrafiki yoxdur". /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ