İsraildə bir qrup fəal ABŞ-ın Təl-Əvivdəki səfirliyi yaxınlığında nümayiş keçirib.
Turkustan.az xəbər verir ki, aksiya iştirakçıları hökumətin siyasətinə, xüsusilə də Baş nazir Binyamin Netanyahunun fəaliyyətinə qarşı narazılıqlarını ifadə ediblər.
Fəallar Netanyahunun şəklini üzərinə ingilis dilində “You’re fired” (“Sən işdən çıxarıldın”) sözləri yazılmış plakatda əks etdiriblər. Onlar bu yolla baş nazirin ölkəni yanlış istiqamətə apardığını və artıq istefa verməsinin vaxtının çatdığını vurğulayıblar.

Aytən Yaşar/ Turkustan.az
 
             
         
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            