Almaniya kansleri Fridrix Merz Türkiyə ilə Almaniya arasındakı sıx tərəfdaşlığı daha da inkişaf etdirmək istədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Merz Ankaradakı görüşləri öncəsi ABŞ mərkəzli X şirkətinin sosial media platformasında açıqlama verib.
İki ölkə arasında çoxşaxəli əlaqələrə işarə edən Merz, "Türkiyə ilə məni xüsusi və çoxşaxəli əlaqələr birləşdirir. Bunlara xarici və təhlükəsizlik siyasəti ilə yanaşı, miqrasiya, enerji və ticarət də daxildir" dedi.
Merz prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini də qeyd edərək, "Yaxın tərəfdaşlığımızı daha da genişləndirmək istəyirəm. Ona görə də Ankaradayam" deyib.
Aytən Yaşar/ Turkustan.az