Suriya Xarici İşlər Nazirliyi Kosovonu müstəqil və suveren dövlət kimi rəsmən tanıdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Dəməşq hökuməti bəyan edib ki, o, Kosovo ilə mümkün qədər tez diplomatik əlaqələr qurmağı və siyasi, iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə Suriya və Kosovo nümayəndə heyətləri bir araya gəlib. Görüşdə qarşılıqlı rəsmi tanınma, əməkdaşlıq və qarşılıqlı anlaşmanın inkişafı ilə bağlı mövzular müzakirə olunub. Suriya Xarici İşlər Nazirliyi görüşdən sonra verdiyi yazılı açıqlamada, "Xalqların öz müqəddəratını təyin etmə hüququna olan inamına və Balkanlarda sülh və sabitliyi gücləndirmək əzminə əsaslanaraq, Suriya Kosovonu müstəqil və suveren bir dövlət kimi tanıyır" dedi.
Bəyanatda bu qərarın Suriyanın dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq körpülərini genişləndirmək və dostluq münasibətlərini inkişaf etdirmək siyasətinin bir hissəsi olduğu vurğulanıb. O, həmçinin Səudiyyə Ərəbistanının konstruktiv rolunu vurğulayaraq, “Riyad administrasiyasının fikir ayrılıqlarını aradan qaldırmaq və dialoqu təşviq etmək səyləri bu qərar üçün müvafiq şərait yaradıb” ifadəsini işlədib.
Aytən Yaşar/ Turkustan.az