Dünyanın gözlədiyi Tramp-Xi görüşündən bazarı sakitləşdirən qərarlar


ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Cənubi Koreyanın Busan şəhərində ikitərəfli görüş keçirib.

Turkustan.az xəbər verir ki, Tramp görüş zamanı bir çox mövzuda razılığa gəldiklərini bildirib.

Sinxua xəbərlərinin verdiyi məlumata görə, Çin sədri Si bu səhər yola düşdüyü Cənubi Koreyada amerikalı həmkarı Trampla görüşüb.

Bu, ABŞ prezidenti Trampın bu ilin əvvəlində hakimiyyətə qayıtmasından sonra iki lider arasında ilk təkbətək görüş idi.

İclasın əvvəlində verdiyi açıqlamada Çin və ABŞ-ın dost və tərəfdaş olması lazım olduğunu bildirən Xi, bunun tarixin öyrətdiyi dərs və reallığın tələbi olduğunu ifadə edərək, "Çinin inkişafı ABŞ-ın "Amerikanı yenidən böyük etmək" vizyonu ilə ziddiyyət təşkil etmir" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ