SDQ Suriya ordusunun məntəqəsinə hücum etdi: Ölənlər var


Suriyada SDQ adı altında fəaliyyət göstərən YPG/PKK terror təşkilatının Suriya ordusuna məxsus mövqeyə hücumu nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər isə ağır yaralanıb.

Turkustan.az xəbər verir ki, hadisə Hələbin şərqində yerləşən Tişrin bəndi yaxınlığında baş verib. Terrorçular idarə olunan raketlə Suriya ordusunun postunu hədəfə alıblar.

Suriyanın rəsmi xəbər agentliyi SANA Müdafiə Nazirliyinin Kommunikasiya Departamentinə istinadən bildirib ki, hücum SDQ adını istifadə edən YPG/PKK terrorçuları tərəfindən həyata keçirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, qarşıdurmalardan sonra tərəflər arasında atəşkəs razılaşması əldə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ