ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edib.
Turkustan.az xəbər verir ki, o, bu sözləri paylaşıb: "Başqa ölkələrin sınaq proqramlarına görə mən Müdafiə Nazirliyinə (Pentaqon) nüvə silahlarımızın sınaqlarına başlamağı tapşırmışam. Bu proses dərhal başlayacaq".
ABŞ-ın “hər bir ölkədən daha çox nüvə silahına sahib olduğunu” bildirən Tramp, buna onun ilk dövründə nail olunduğunu qeyd edib.
"Nüvə enerjisinin sırf dağıdıcı gücünə görə bunu əldə etməyə nifrət etdim, amma başqa seçimim yox idi. Rusiya ikinci, Çin isə üçüncü yerdədir, lakin onlar 5 ildən sonra bir-birinə bağlanacaqlar", - Tramp deyib.
Aytən Yaşar/ Turkustan.az