“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarda dəyişiklik edilib.
Turkustan.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, hərbi və xüsusi rütbəli şəxslərin 1992-ci il yanvarın 1-dək olan xidmət müddətinin (qulluq illərinin) hesablanması “Hərbi qulluqçuların pensiya təminatı haqqında” SSRİ Qanununa, “Uzun müddət xidmətin hesablanması və zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya, müavinət təyin edilməsi və verilməsi qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1990-cı il 24 iyul tarixli 725 nömrəli və “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət və bu hərbi qulluqçulara, rəis və sıravi heyətə mənsub şəxslərə və onların ailələrinə müavinətlər haqqında” SSRİ Nazirlər Sovetinin 1990-cı il 15 dekabr tarixli 1290 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir.
Həmçinin, 2026-cı il 1 yanvar tarixinədək xidmət müddətinin (qulluq illərinin) hesablanması isə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir.
Bu Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
 
             
         
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            