Həbs olunan icra başçısı haqda sirlər açılır: Mehdiyevlə əlaqə, sərhədlə bağlı dəhşətli plan… – Sensasion


Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Bu çərçivədə rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir. İddialara görə, icra başçısı Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kadrı olub.

Globalinfo.az-a danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev məlumatı təsdiqləyib.

O bildirib ki, İslam Rzayev Ramiz Mehdiyevin kadrı olub:

“Bu, təsadüfi deyil, çünki Balakən sərhəd zonasıdır. Rusiya və Dağıstanla əlaqələrə görə Mehdiyevin orada xüsusi maraqları var idi. Bundan əvvəl də qeyd etmişdim ki, Rusiyaya müəyyən məlumatlar ötürülür, hazırlıq işləri aparılırdı. Bəzən sərhəddə bəzi şəxslərin keçidi xüsusi təşkil edilirdi. Böyük ehtimalla bu prosesdə rayon səviyyəsindəki təşkilatların da əli olub. Əlimizdə olan məlumata görə, onların Balakəndə gizli görüşləri keçirilir”.

hafiz haciyev esas

Hafiz Hacıyev

Partiya sədri yaxın zamanda bu hadisələrin davamının olacağını istisna etməyib:

“Məsələn, hazırda həbs edilən icra başçısının qızının Sabunçu məhkəməsində çalışdığı bildirilir. Görünür, onlar güclü şəkildə şəbəkələnmişdilər. Ramiz Mehdiyev demək olar ki, bütün sahələrdə nəzarəti ələ almışdı, yalnız bunu elan etmək qalmışdı. Söhbət “Dövlət Şurası yaradıldı” kimi bir bəyanatla prosesi rəsmiləşdirməkdən gedir. Hətta həmin bəyanatın “AzTV”də səsləndirilməsi planlaşdırılırdı. Xarici dövlətlərdə yerləşən bəzi səfirliklər də bu şəxsləri müdafiə edirdilər”.

Hafiz Hacıyev daha bir neçə icra başçısının məsuliyyətə cəlb olunacağını vurğulayıb:

“Hazırda söhbət təkcə bir icra başçısından getmir, artıq bir neçəsi haqda araşdırma davam edir. Əminəm ki, yaxın günlərdə bu iş üzrə yeni həbslər olacaq. Hələlik ad çəkmək istəmirəm, lakin bu prosesə cəlb olunanların sayı təxminən 30-40 nəfərdir. Çox güman ki, onların da məsuliyyətə cəlb olunması gözlənilir”.


MANŞET XƏBƏRLƏRİ