Almaniya kanslerinin Ərdoğana AB təklifi! O, öz fikrini açıq şəkildə bildirdi


Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Mersi Prezident Külliyəsində qəbul edib.

Turkustan.az xəbər verir ki, görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.

Kansler Merz çıxışında “Türkiyəni Avropa İttifaqında görmək istəyirik. Bununla belə, Kopenhagen kriteriyaları yerinə yetirilməlidir. Mən Ərdoğana bu mövzuda strateji dialoq təklif etdim” deyib.

Prezident Ərdoğan isə cavabında “Kopenhagen meyarlarına qarşı deyilik, amma bizim Ankara kriteriyalarımız da var. Türkiyə nə Asiyanın, nə də Avropanın adi bir ölkəsidir” ifadələrini işlədib.

Görüşdə Almaniyadakı türklərin vəziyyəti də müzakirə olunub. Ərdoğan bildirib ki, “Düz 64 il əvvəl çamadanı ilə Almaniyaya gedən qardaş və bacılarımız bu gün 3,5 milyona yaxın əhali ilə Almaniyanın inkişafına böyük töhfə veriblər. Türk birliyinin ortaq sərvətimiz olduğunu bir daha təsdiqlədik və onların nailiyyətlərini qorumağın vacibliyini vurğuladıq.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ