Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenkonun hesabatından sonra prezident Vladimir Zelenski bəyan edib ki, Rusiyanın bu yaxınlarda tətbiq olunan sanksiyalardan itkiləri ildə ən azı 50 milyard dollar təşkil edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə dövlət başçısı Telegram -da məlumat yayıb .
"Tərəfdaşların yeni sanksiyalarının Rusiya hərbi maşınına təsiri ilə bağlı kəşfiyyatdan ilk müfəssəl qiymətləndirmələr var. Çoxlu məlumatlar var və buna əsaslanaraq, biz yeni sanksiyaların hazırlanmasında tərəfdaşlarla əlaqəmizi tənzimləyəcəyik. Artıq neft şirkətlərinə tətbiq olunan məhdudiyyətlərdən Rusiya üçün əhəmiyyətli itkilər qeydə alırıq və proqnozlaşdırırıq ki, bu yaxınlarda Moskvaya qarşı prinsipial və ardıcıl təzyiqlər tətbiq olunsa, onların itkilərinin ən azı 50 milyard dollara qədər məhdudlaşdırılması davam edəcək".
Aytən Yaşar/ Turkustan.az