Millət vəkili Cavanşir Feyziyev Cumhuriyyətin 102 illik yubileyi münasibətilə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri, Professor Birol Akgünə məktub ünvanlayıb. Məktubda deyilir.
Hörmətli Cənab Səfir!
Bu gün böyük sərkərdə Mustafa Kamal Atatürkün və onun məsləkdaşlarının liderliyi ilə qəhrəman türk xalqının yaratmış olduğu Cumhuriyyətin 102 yaşı tamam olur. Bu anlamlı gündə böyük Atatürkü və Türkiyə Cümhuriyyətinin qurulmasında canını, qanını fəda etmiş türk qəhrəmanlarını hamılıqla ehtiramla yad edirik.
“Hər bir Türkün iki Vətəni var: biri doğulduğu ölkə, ikincisi Türkiyə!”
Türk halklarının birliğini savunması ile tanınmış, Türkistanda Alaş Orda hükûmetinin üyesi olmuş, gazeteci ve yazar Mustafa Çokayın türk birliyinə səsləyən bu fikirləri yüz il öncə olduğu kimi tarixin bütün dönəmləri üçün, eləcə də həm bu gün və həm də sabahımız üçün aynı dərəcədə həqiqətdir. Türkiyə dünyanın istənilən bölgəsində yaşayan hər bir türk övladının doğma yurd yeri və Vətənidir.
Bu gün dünya miqyasında söz sahibinə çevrilmiş qardaş Türkiyə Cumhuriyyətinin uğurları ilə fəxr edirik. Sizi və Sizin şəxsinizdə qardaş türk xalqını, bütün dünya türklüyünü bu əziz Türkiyə günü münasibətilə ürəkdən təbrik edirəm və bütün türk xalqımıza azad, müstəqil və firavan həyat arzulayıram.
Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı! Var olsun Türk Dünyası!