300 mənzili olan Emrah Bakıda hönkür-hönkür ağladı - FOTO


Türk musiqisinin unudulmaz simalarından olan Emrah Ərdoğan uzun fasilədən sonra Bakıda səhnəyə çıxıb.

Turkustan.az xəbər verir ki, həm Türkiyə, həm də Azərbaycan tamaşaçılarının böyük marağına səbəb olan konsert uzun illərdən sonra yenidən musiqisevərlərə qovuşan sənətçi üçün xüsusi gecəyə çevrilib.

Səhnə ifası və üslubu ilə diqqət çəkən Emrahın xarici görünüşündə ciddi dəyişiklik yaşanması sosial mediada geniş tənqidlərə səbəb olub. Bəzi istifadəçilər onun səhnə geyimini bəyənmədiyini, bəziləri isə “İndi qocalıb” və “Bir zamanlar sahib olduğu enerjiyə sahib deyil” şərhini yazıb.

Sıx maraq qarşısında duyğulu anlar yaşayan Emrah səhnədə göz yaşlarını saxlaya bilməyib. Belə uzun fasilədən sonra yenidən səhnəyə qayıtmağın nə qədər mənalı olduğunu dilə gətirən sənətçi “Köhnə günlər üçün çox darıxıram” deyərək pərəstişkarlarına müraciət edib.

Musiqi karyerası ilə yanaşı daşınmaz əmlak investisiyaları ilə də diqqət çəkən Emrahın Türkiyənin müxtəlif şəhərlərində təxminən 300 mənzili olduğu iddia edilir.

300 mənzili olan müğənni Emrah səhnədə göz yaşı töküb

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ