Polşa qırıcıları Baltik dənizində Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçirdi


Oktyabrın 28-də Polşa Hərbi Hava Qüvvələrinin bir cüt MiQ-29 qırıcısı Baltik dənizindəki məsuliyyət zonasından Rusiya kəşfiyyat təyyarəsini uğurla tutdu, vizual olaraq müəyyənləşdirdi və müşayiət etdi.

Turkustan.az xəbər verir ki, bu barədə çərşənbə günü Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı X şəbəkəsində məlumat yayıb.

"Polşa qırıcıları beynəlxalq hava məkanında kəşfiyyat missiyasını yerinə yetirən Rusiyanın İl-20 təyyarəsini uçuş planı olmadan və transponderi söndürülmüş halda tutublar. Təyyarə Polşanın hava məkanını pozmayıb", - Polşa Ordusunun Əməliyyat Komandanlığı bildirib.

Qeyd edildiyi kimi, Rusiya kəşfiyyat təyyarəsinin tutulması əməliyyatı “tez, səmərəli və təhlükəsiz şəkildə” həyata keçirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ