NATO-nun baş katibi Mark Rutte bildirib ki, alyans hava məkanı pozulan Litvanın “qətiyyətlə” yanındadır.
Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verdiyi açıqlamada Rutte Litvanın hava məkanına təsir edən təhdidlərlə bağlı ölkə prezidenti Gitanas Nauseda ilə telefon danışığı apardığını bildirib.
"NATO, İspaniya və Macarıstan tərəfindən təmin edilən hava polisi və Almaniyanın rəhbərlik etdiyi NATO qüvvələri də daxil olmaqla, Litvanın yanında möhkəm dayanır", - baş katib bildirib.
Nauseda oktyabrın 24-də Rusiya hərbi təyyarələrinin Litvanın hava məkanını pozduğunu açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az