24 fevral 2022-ci il tarixindən 28 oktyabr 2025-ci il tarixinədək Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin ümumi sayı təxminən 1.137.850 nəfərə çatıb.
Turkustan.az xəbər verir ki, onlardan 1.060 nəfəri son 24 saat ərzindəki döyüşlər zamanı məhv edilib.
Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook səhifəsində yayıb.
Baş Qərargahın 28 oktyabr tarixinə olan hesabatına əsasən, Ukrayna müdafiə qüvvələri Rusiyanın aşağıdakı sayda texnikasını sıradan çıxarıb:
Tanklar: 11.299 (+6)
Zirehli döyüş maşınları: 23.508 (+28)
Artilleriya sistemləri: 34.044 (+8)
Reaktiv yaylım atəşi sistemləri: 1.529 (+2)
Hava hücumundan müdafiə sistemləri: 1.230 (+8)
Helikopterlər: 346 (+0)
Pilotsuz uçuş aparatları (PUA): 75.054 (+108)
Qanadlı raketlər: 3.880 (+0)
Gəmilər/qayıqlar: 28 (+0)
Sualtı qayıqlar: 1 (+0)
Avtomobillər və yanacaq daşıyan nəqliyyat vasitələri: 65.786 (+131)
Tankerlər: 9
Xüsusi texnika: 3
Bu göstəricilər Rusiya ordusunun döyüş meydanında davam edən itkilərinin artmaqda olduğunu göstərir.
Aytən Yaşar/ Turkustan.az