Tramp: 2028-ci ildə prezidentliyə namizədliyimi irəli sürmək istərdim


Tramp Asiya turu çərçivəsində Yaponiyaya gedərkən Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, növbəti müddətə prezidentliyə namizəd olma ehtimalı ilə bağlı Tramp, "Bunu etmək istərdim. Anketlərdə ən yaxşı nəticələrə sahibəm" deyib.

ABŞ Konstitusiyası ilə məhdudlaşdırılan iki müddətli prezidentlik müddətinin uzadılması üçün "hüquqi mübarizə aparıb-verməyəcəyini" soruşduqda, Tramp bu məsələni hələ nəzərdən keçirmədiyini deyib.

Prezident seçkilərində potensial namizədlərə müraciət edən Tramp administrasiyasında “gözəl insanların” olduğunu bildirib və dövlət katibi Marko Rubio və vitse-prezident J.D.Vansın potensial namizəd ola biləcəyinə diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ