Döyüş gəmiləri hərəkətə keçdi: Bölgədə qorxunc ssenari gerçəkləşir


Venesuelada (Latın Amerikası) gərginlik sürətlə artır.

Turkustan.az xəbər verir ki, bu barədə “Milliyet Qəzeti” məlumat yayıb.

Qeyd olunub ki,ABŞ administrasiyasının “narkotiklərə qarşı müharibə” adı altında Karib hövzəsinə döyüş gəmiləri göndərməsi bölgədə enerji, geosiyasət və supergüclər arasındakı nüfuz savaşı ilə bağlı sualları yenidən gündəmə gətirib.

İstanbul Aydın Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti Dr. Canan Tercan bildirib ki, bu proses təkcə narkotik ticarətinə qarşı əməliyyat deyil, eyni zamanda “Monro doktrinasının” müasir formada yenidən həyata keçirilməsidir.

Tercanın sözlərinə görə, Vaşinqtonun əsas hədəfi Venesuelanın enerji resurslarını və bölgədə artan Çin-Rusiya təsirini nəzarətə almaqdır.

“ABŞ hazırda Karib dənizində yalnız təhlükəsizlik manevrləri etmir, eyni zamanda enerji marşrutlarını yenidən formalaşdırmaq və bölgənin kəşfiyyat sistemini bərpa etmək üçün strateji əsaslar qurur”, – ekspert vurğulayıb.

Hazırda bölgədə 8 ABŞ döyüş gəmisi, o cümlədən “Gerald R. Ford” təyyarədaşıyan gəmisi, üç “Arleigh Burke” sinifli esmines, üç amfibiya hücum gəmisi, bir kreyser və bir sahil döyüş gəmisi yerləşdirilib. Bu qüvvələr dəniz piyadaları, dronlar, təyyarələr və Sahil Mühafizəsi bölmələr tərəfindən dəstəklənir.

Ekspertlər bildirirlər ki, bu, soyuq müharibədən sonra ABŞ-ın Karibdəki ən böyük hərbi mövcudluğudur. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ