Bunları türklərə hücum etmək üçün ölkənin hər yerində gizlətdilər


Monteneqroda gərginlik davam edir.

Turkustan.az xəbər verir ki, polis hücum üçün hazırlanmış beysbol bitələrinin (yarasalarının) müsadirə edildiyini açıqlayıb. Lakin neçə nəfərin saxlanıldığı barədə təfərrüatlar hələlik paylaşılmayıb.

Açıqlamada bildirilir:
“Dünən gecə Podqoritsada biri türk, digəri azərbaycanlı olmaqla iki əcnəbi vətəndaşın, şəxsiyyəti MJ kimi müəyyən edilən bir vətəndaşa hücum etməsindən sonra, Podqoritsa Polis İdarəsinin Təhlükəsizlik Şöbəsinin əməkdaşları təhlükəsizlik vəziyyətinə nəzarət çərçivəsində gücləndirilmiş monitorinq və koordinasiyalı əməliyyat tədbirləri həyata keçiriblər. Sosial mediada vətəndaşlara qarşı zorakılığa çağırış və ‘Monteneqro’ ifadələrini əks etdirən paylaşımlar edilib. Bu şəxslər zorakılıq aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıblar.”

Ötən şənbə axşamı saatlarında Podqoritsanın Zabjelo rayonunda Türkiyə vətəndaşlarının iştirakı ilə baş verən və bir nəfərin bıçaqlanması ilə nəticələnən insidentdən sonra bölgədə Türkiyə vətəndaşlarına qarşı etiraz aksiyaları və zorakılıq halları müşahidə olunub.

Hadisə ilə bağlı rəsmi qurumların və media orqanlarının “Türkiyə vətəndaşı” ifadəsini vurğulayan açıqlamaları, eləcə də bəzi radikal Monteneqro siyasətçilərinin Türkiyə vətəndaşları haqqında səsləndirdiyi bəyanatlar gərginliyi daha da artırıb. Nəticədə dünən gecə Türkiyə vətəndaşlarına məxsus bir neçə iş yerinin yandırıldığı bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ