
Təranə RÜSTƏMOVA
Azərbaycan Milli Elmlər Akademiyası
E-poçt: [email protected]
Azərbaycan Milli Elmlər Akademiaysının Mərkəzi Elmi Kitabxanasında...
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında dünyanın bir çox xalqlarının, elm adamlarının kolleksiyaları, əsərlər külliyyatı və ədəbiyyat kitabxanası yaradılmışdır. Belə xalqlardan biri də qədim tarixi köklərə mailk olan, dünya tarixində özünəməxsus yer tutmuş türk soyunun bir qolu olan türkmənlərdır. İraq türkmənlərinin elmini: ədəbiyyat, incəsənət, tarix, arxeologiya, etnoqrafiya, jurnalistika və s. əks etdirən elmi və bədii əsərlərin toplandığı kitabxana yaradılaraq istfadəyə verilmişdir.
“İraq-türkmən ədəbiyyatı kitabxanası”nın açılışı 2024-cü ildə olmuşdur. Bu kitabxanada türkmənlərin sayılıb-seçilən ziyalılarının əsərləri fonda daxil edilərək elmlər üzrə qruplaşdırılmışdır. Məsələn:
- “Kərkük Hoyrat və Manileri” (2023),
- Terzibaşı A. Kerkük Ağzı Türkmanca sözlük. Cild 1,2,3 (2024),
- Terzibaşı A. Fuzuli hakkında yazılar (2016),
- “Kahtan Hürmüzlünün otograf piyesleri” (2021),
- Saatçı S. Kerkük evleri (2013),
- Saatçı Ö. İrak türkmenleri için (2020),
- Hürmüzlü H. İrakın hukuki yapısı içinde Türkmenler. 1921-2019,
- “Uluslararası tarihde ve günümüzde Ortadoğuda türkmenler” (2016),
- Bayatlı H. Hatıra kitabı (2019),
- Kevseroğlu N. Geleneksel kurumlarıyla Kerkük (2023),
- Kevseroğlu N. Kerkükte ilkler (2021),
- Uluhan (Beşirli) Ç. Türkmen folklorundan yapraklar (2024),
- Uluhan (Beşirli) Ç. İrak türkmen ağzı araştırmaları (2021),
- Beyatlı K. Can tarih yolculuğunda. Cild 1-10 (2023),
- Beyatlı K. Keçke bir bisikletim olsaydı (2024),
- Beyatlı K. Meralin yaşadıkları (2023),
- Beyatlı K. Kerkükde zaman (2023),
- Beyatlı K. Aşkın bilinmez hali (2023),
- Beyatlı K. Kerkük seni yazdım (2023),
- Beyatlı K. Bekliyorum yeni bir şey söyle (2023),
- Beyatlı K. Koçak N. Türkmen ülküsü (2022),
- Kaya Baba M. Ben dedim kalem yazdı (2020),
- Riza R. Uzak ellerin yakın töhfeleri (2023),
- Lütfi H. Kerkük hiyratlarının şehri (2022),
- Hamamcıoğlu H. Efsun ve yorğun kuta (2020),
- Süleyman P. Bir yarının peşinde (2024),
- Polat C. Bağdat katı (2021),
- Kasapoğlu M. Usta Fettah Kehrizci destanı (2023),
- Yağmuroğlu A. Sevgi çemberi (2016),
- Türkmenli. Edebiyyat ve sanat. Jurnal (2024),
- Kərkük kültür Dərnəyi və s.
“İraq-türkmən ədəbiyyatı kitabxanası”nda ümümilikdə təxminən 500-ə yaxın əsərlər mövcuddur. Bu əsərlər Türkmən, Azərbaycan, Türkiyə türkcəsində və ərəb dillərində yazılmışdır.
Müasir dövr türkmən aydınları içərisində öz yaradıcılığı ilə diqqət çəkən ziyalılardan biri tədqiqatçı, pedaqoq, jurnalist, şair və yazıçı Şəmsəddin Kuzəçidir. Kərkükdə doğulan Ş.Kuzəçi ilk təhsilini burada almış, ali məktəbi isə Mosul Universitetində oxumuşdur. Əmək fəaliyyətinə Kərkük Liseyinin müəllimi kimi başlamışdır. Daha sonralar jurnalist kimi Kərkük televiziyası və Bağdad Türkmənistan radiosunda "Gənclik və idman" proqramlarını hazırlamış, İraq-Türkmənistan Cəbhəsinin Türk nümayəndəliyində nəşrlər və mətbuat məlumatları şöbəsinin müdiri, “Kərkük Gazete” və “Türkmeneli TV”-nin Türk nümayəndəliyinin müxbiri, proqramçısı və xəbər direktoru, Türkməneli Vəqfi Mədəniyyət Mərkəzində mətbuat və mədəniyyət direktoru, Orta Şərq Araşdırmaları Mərkəzində (ORSAM) Türkmən dili və media mütəxəssisi, Türkməneli Fondunun prezidentinin mətbuat müşaviri, “Ufukötesi” qəzetinin Ankara və Türkiyə təmsilçisi vəzifələrində çalışmışdır. Hal-hazırda isə "Kərkük" qəzetinin baş redaktoru və Türkiyə təmsilçisi vəzifəsini icra edir. vəzifəsində çalışıb.
Türk Dünyası Akademiyasının "fəxri professoru" və "VEKTOR" Beynəlxalq Elmi Mərkəzinin "fəxri doktoru" olan Şəmsəddin Kuzəçi 2008-ci ildə Qazi Universitetinin Rabitə fakültəsinin Radio, Televiziya və kino fakültəsində "İraq mətbuatı tarixi" ixtisası üzrə "Osmanlıdan bu günə qədər İraqda mətbuat tarixi" ixtisası üzrə magistr dərəcəsi almış və 2010-cu ildə isə Hollandiyanın Haaqa qlobal Universitetində "İraq televiziyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi və əməli fəaliyyətinə görə bügünədək 400-ə yaxın beynəlxalq mükafat, tanınma, təşəkkür, fəxri fərman, lövhə və mükafatlarla təltif olunmuşdur. Ş.Kuzəçi eyni zamanda İraq Ədəbiyyat və Yazarlar Birliyinin, İraq Radio, Kino və Televiziya Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin, ANASAM, İLESAM, Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazıçılar Birliyinin və Türkmən Ədəbiyyat Birliyinin üzvüdür.
Bədii yaradıcılığına gənclik illərində başlayan Kuzəçi ilk şeir və nəsr əsərlərini Bağdadın “Yurt” qəzetində, “Kardeşlik” və “Birlik səsi” jurnallarında, daha sonra Kərkük, Kardeşlik, Yəsəvi, Anasam, Duygu Seli və s. kimi jurnallarda çap olunmuşdur. Elmi və publisistik əsərlərini İraq Türkləri və Türk Dünyası ilə bağlı yazılarını Türkiyədə yayımlanan “Tasvir”, “Yeni Səs”, “Yörtürk”, İraqda “Kərkük”, “Türkməneli”;. Kiprdə “Vulkan”, Azərbaycanda isə “Azadlıq”, “Xalp Cebhesi”, “Bayatı” qəzet və jurnallarında dərc olunmuşdur.
İlk kitabı 1992-ci ildə Kərkükdə nəşr olunmuş “Şehit Şair Kemal Ömer Beg” adlı əsərdir. Yaradıcılığna artan templə davam edən araşdırmaçı-alim Kuzəçi bir-birinin ardınca silsiləli şəkildə kitablar yazmağa başlamışdır. Məsələn, “İki Gönül” (1997), “Tek Suçum Türk Olmaktır” (2000), “Kerkük Soykırımları” (2004), “Kerkük şairleri. 2 cilddə” (2006), “Şehit Muazzam Kasapoğlu” (2007), “Irak Basın Tarihi” (2009), “Biz Güneş Değiliz” (2010), “Poets of KIRKUK. Iraq Turkman Poets” (2014), “Nevruz Çiçekleri. Türk Dünyası Kadın Şairleri” (2015), “Kerkük’ün Milli Şairi Mehmet İzzet Hattat” (2018), “60. Yılında Kerkük Katliamı” (2019),” Irak’ta Basın ve Medya Tarihi” (2020), “64 Türkmen Şairi” (2021), “Osmanlı’dan Günümüze Irak’ta Yayınlanan Türk Dergileri” (2022), “Kerkükname” (2023) və s.
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında “İraq-türkmən ədəbiyyatı kitabxanası”nda Şəmsəddin Küzəçinin adları çəkilən əsərləri fonda daxil edilmişdir:
Türkcə olan əsərləri:
- “Kerküken Azerbaycana” (2019),
- “İrak basın tarihi” (2009),
- “Şairler vicdanında Doğramacı” (2023),
- “Şiirlerim” (2023),
- “Bala Vatandan yavru Vatana” (2023),
- “Makalelerim” (2024),
- “Türkmeneli edebiyyatı” (2005),
- “Şehit şair Kemal Ömer Beg” (2010),
- “Sarmaşık duyğular” (2017)
Azərbaycan türkcəsində tərcümə olunmuş əsərləri:
- “Kərkükdən səsləniş”,
- “Kərkükdə soyqırımları”,
- “Azərbaycan sevdalısı”,
- “Azərbaycan məqalələrim”,
- “İraq mətbuat tarixi: 1869-2019”,
- “Kərkük şairləri”,
- “Kərkük hoyratlarım”.
Qeyd edək ki, professor Ş.Kuzəçinin əsərləri türk, ərəb, azərbaycan, ingilis, rus, özbək və qazax dillərində çapdan çıxmışdır.
Araşdırmalardan məlum olduğu kimi öz milli kimliyinə sadiq olan, daim Vətən eşqilə qəlbi döyünən, ömürünü doğma vətəninin hayqırtısını, Kərkükün və türkmən mədəniyyətinin, ədəbiyyat və ictimai-sosial-siyasi həqiqətlərini, dünyaya çatdıran Şəmsəddin Küzəçinin həyat və fəaliyyəti ayrıca bir tədqiqat mövzularındandır.
![]()
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur