"Video çəkməkdə məqsədim atamı biabır etmək deyildi. Sadəcə illərlə ürəyimdə yığdığım problemləri dilə gətirdim. Birinci səbəb o idi ki, atamın tərcümeyi-halında adımın çəkilməməsi acığıma gəlmişdi. Onun ilk övladıyam. Psixoloji təzyiqə məruz qaldıq, atama yazdım, məni "blok"a atdı, gələcəm deyib gəlmədi".
Turkustan.az milli.az-a istinadla xəbər verir ki, bunu Elman Nəsirov ilk nikahından doğulan qızı Laləzar Əliyeva deyib.
O bildirib ki, atası onu övlad yerinə qoymayıb. "Ailə quranda da atama məlumat vermişdim, onda da mənə biganə yanaşdı".
E.Nəsirovun "3-4 evləri var" sözünə aydınlıq gətirən Laləzar Əliyeva bildirib ki, həmin evləri nənəsi alıb: "O evlərdə atamın heç bir payı yoxdur. Heç bir manat da pul verməyib. Nənəmin əziyyətlə əldə etdiyi evlərdir.
Bir daha deyirəm ki, atamın nüfuzuna xələl gəlməsini istəməmişəm. Təhqir yazanlara da ayıb olsun. Atam mənə zəng edib demişdi ki, çıxışlarıma görə mənə cinayət işi açdıracaq. 2 uşağın anasını ata həbs etdirəcəksə, qoy bunu hamı bilsin".
Laləzar Əliyeva iş adamı Şərurlu İsfəndiyarın ona vermək istəməsinə də münasibət bildirib: "İmtina etmişəm".