Prezident Ərdoğan Beştepedəki Prezident Külliyesində İngiltərə Baş naziri Keir Starmer ilə görüşüb.
Turkustan.az xəbər verir ki, prezident Ərdoğan, "Eurofighter qırıcı təyyarələrinin satın alınması ilə bağlı icra qaydaları heyətlər arasında keçirilən görüşlərdə imzalanıb" dedi. Milli Müdafiə naziri Yaşar Gülər Türkiyənin Qətərdən 12, Omandan 12 və İngiltərədən 20 Eurofighter alacağını açıqlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Böyük Britaniyanın baş naziri Key Starmeri rəsmi mərasimlə qarşılayıb.
Görüşdən sonra iki lider birgə mətbuat konfransında açıqlamalar verib.
Prezident Ərdoğan İngiltərə ilə əlaqələrdən və Eurofighter müqaviləsindən danışıb:
"Mən cənab Starmeri ölkəmizdə salamlamaqdan məmnunam. Hazırda beynəlxalq gündəmdə olan bir çox məsələlərlə bağlı onunla sıx dialoq aparırıq. Bugünkü müzakirələrimiz ticarət və müdafiə əlaqələrimizə yönəlib. Böyük Britaniya ölkəmizin ən böyük ticarət və investisiya tərəfdaşlarından biridir. Ticarət həcmimizi ilkin olaraq 30 milyard dollara, sonra isə 40 milyard dollara çatdırmaq əzmindəyik.
Biz iqtisadi əlaqələrimizi daha da gücləndirmək əzmindəyik. Aidiyyəti qurum və təşkilatlarımız bir çox tədbirlər görür, o cümlədən azad ticarəti yeniləyir. Biz diqqəti üçüncü ölkələrə birgə investisiyalara yönəldirik. Biz enerji və müdafiə sənayesində yeni tərəfdaşlıqlar qurmağı hədəfləyirik. Böyük Britaniya vətəndaşlarının çoxunun Türkiyəni ikinci vətəni hesab etmələri bizi sevindirir. Biz ikitərəfli əməkdaşlıq çərçivə sazişi üzrə danışıqlara başlamışıq.
Nümayəndə heyətləri arası görüşlər zamanı “Eurofighter” qırıcı təyyarələrinin satın alınması ilə bağlı icraçı razılaşmalar imzalanıb. Cənab Starmerlə mən bu məsələ ilə bağlı əməkdaşlıq bəyannaməsi imzaladıq. Biz bu sazişə strateji münasibətlərimizin yeni simvolu kimi baxırıq. Mən Böyük Britaniyanın Eurofighter Konsorsiumu adından proses boyu gördüyü işlərə görə cənab Starmerə və onun komandasına təşəkkür edirəm".
Aytən Yaşar/ Turkustan.az