Təxribat təhlükəsi: Qatarlar dayandırıldı


Fransada siqnal kabellərində qəsdən başlayan yanğın səbəbindən Lyon-Avignon yüksək sürətli qatar xidmətləri ləğv edilib.

Turkustan.az xəbər verir ki, Fransız dəmir yolu şirkəti SNCF öz internet saytında siqnal kabelində baş verən yanğın səbəbiylə səhər saatlarından etibarən Lyon-Avignon dəmir yolunda fasilələr və xidmətlərin ləğv edildiyini açıqlayıb.
Yanğının “vandalizm” aktı nəticəsində baş verdiyini bildirən SHXÇD yanğından zərər çəkmiş kabellərin təmiri işlərinin davam etdiyini bildirib.

SCNF Cənub-Şərq xəttində işləyən qatar xidmətlərinin, o cümlədən paytaxt Parisə doğru gedən qatarların da yanğın səbəbindən əhəmiyyətli gecikmələrlə üzləşəcəyini açıqladı.

Nəqliyyat naziri Filip Tabarot ABŞ-da yerləşən X şirkətinin sosial media platformasındakı paylaşımında Valence stansiyasının cənubunda siqnal kabellərinin “qəsdən” yandırıldığını və bu “vandalizm” aktının qəbuledilməz olduğunu bildirib.

Tabarot SCNF qruplarının nəqliyyatın bərpası üçün səfərbər edildiyini bildirdi və "təxribat aktının günahkarlarının" ciddi şəkildə cəzalandırılacağını vurğuladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ