Oktyabrın 27-də İstanbulda Pakistanla Əfqanıstan arasında danışıqlar başa çatıb, lakin heç bir razılıq əldə olunmayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Pakistanın “Geo” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı Pakistan Taliban rejimini “Təhriki-Taliban Pakistan” qruplaşmasına dəstəyini dayandırmağa çağırıb:
“Kabil rejimi Pakistanın terrorizmə qarşı mübarizə tələblərini tam yerinə yetirmək istəməyib. Görüş fikir ayrılıqları ilə müşayiət olunub. Pakistan təkliflərində israr edib, Əfqanıstan isə Kabildən gələn təlimatlarla məhdudlaşıb. Pakistan dəfələrlə öz şərtlərinin yerinə yetirilməsinin ümumi maraqlara uyğun olduğunu vurğulayıb. Lakin Kabil ümidverici cavab verməyib və bu, vəziyyəti daha da gərginləşdirib”. /axar.az/