Tuskdan etiraf: Rusiya Qərbdən güclüdür!


Polşanın Baş naziri Donald Tusk Rusiyanın Qərb ölkələri qarşısında müəyyən üstünlüyə sahib olduğunu bildirib.

Turkustan.az Globalinfo.az xəbər verir ki, o, bu fikri “Tayms” qəzetinə verdiyi müsahibədə səsləndirib.

Tuskun sözlərinə görə, Ukrayna ilə müharibə Rusiya iqtisadiyyatına mənfi təsir göstərsə də, Qərbin Moskva ilə qarşıdurmada üstünlük qazandığını demək çətindir.

“Fakt budur ki, Rusiya Qərbə, xüsusən də Avropaya nisbətən əhəmiyyətli üstünlüyə malikdir. Söhbət döyüşə hazırlıqdan gedir və bu, tamamilə həlledici məsələdir”, – deyə Polşa baş naziri vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ