Tramp hücuma işarə etdi: Tezliklə başlayırıq, onlar öldürüləcək!


ABŞ prezidenti Donald Tramp narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün Venesuelada quru əməliyyatı elan edib.

Turkustan.az xəbər verir ki, o, İsrailin İordan çayının qərb sahili ilə bağlı heç bir addım atmayacağını da bildirib.

ABŞ prezidenti Donald Tramp narkotiklərlə mübarizə çərçivəsində Venesuelada tezliklə quru əməliyyatına başlayacaqlarını açıqlayıb.

ABŞ prezidenti narkotik kartellərinə qarşı əməliyyat üçün müharibə elanının lazım olmaya biləcəyini ifadə edərək, "Biz ancaq ölkəmizə narkotik gətirənləri öldürəcəyik. Bu başa düşüləndirmi? Onları öldürəcəyik" deyib.

ABŞ prezidenti "Hal-hazırda quru yolu ilə gəlirlər. Quruya gəldikdə, onlara dedim ki, növbəti siz olacaqsınız. Növbəti yer quru olacaq. Bununla bağlı Senata və ya Konqresə müraciət edə bilərik. Bununla bağlı problem olacağını təsəvvür edə bilmirəm"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ