AB komissarı Lahbib: Qəzzada silahlar susmalıdır!


Avropa Birliyinin (Aİ) Bərabərlik, Hazırlıq və Böhran İdarəçiliyindən məsul komissarı Hadja Lahbib Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində videomüraciət yayıb.

Turkustan.az xəbər verir ki, Qəzzada “humanitar yardımın yenidən girov götürüldüyünü” qeyd edən Lahbib, AB-yə üzv ölkələrin xarici işlər nazirlərinə Qəzzada maneəsiz humanitar yardımların çatdırılmasının vacibliyi mesajını vermək istədiyini bildirib.

Yardımların daxil olması ilə bağlı qarşılaşdıqları əsas problemlərdən birinin beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT) qeydiyyat prosesi olduğunu bildirən Lahbib, "İsrail səlahiyyətlilərini beynəlxalq QHT-lərin Qəzzaya girməsinə icazə verməyə çağırırıq" dedi.

Lahbib, Qəzzada yüz minlərlə insanın qış yaxınlaşdıqca təməl ehtiyaclarından məhrum olan dağıntılar arasında sağ qalmaq üçün mübarizə apardığını qeyd edərək, "Yardımları geniş miqyasda paylamalıyıq. Qəzzada atəşkəs çox kövrəkdir. Qəzzada silahlar susmalıdır. Ölümdənsə diplomatiyanı seçməliyik" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ