Rusiya prezidenti Vladimir Putin Qərb elitalarının aqressiv siyasəti nəticəsində qlobal enerji arxitekturasının zədələndiyini bildirib.
Turkustan.az xəbər verir ki, o, bu səbəbdən Rusiyanın enerji təchizatı istiqamətini daha perspektivli və məsuliyyətli alıcılara doğru dəyişdirdiyini vurğulayıb.
Putin bu fikirləri Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” beynəlxalq forumunun əsas sessiyasında çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, hazırda qlobal enerji əlaqələri yenidən qurulur və yeni iqtisadi inkişaf mərkəzləri meydana çıxır:
"Orada enerji istehlakı artır. Bununla yanaşı, bəzi Qərb elitalarının təcavüzkar hərəkətləri nəticəsində enerji arxitekturası süni şəkildə dağıdılır."
Putin vurğulayıb ki, bir çox Avropa ölkəsi siyasi təzyiqlər səbəbindən Rusiyadan enerji tədarükünü dayandırıb:
“Nəticədə Avropa Birliyinin sənaye potensialı zəifləyib, neft və təbii qazın qiymətləri artıb, Avropa məhsulları isə rəqabət qabiliyyətini itirib.”
Aytən Yaşar/ Turkustan.az