ABŞ prezidenti Donald Trampın İsrailə səfəri çərçivəsində səhər saatlarından etibarən geniş təhlükəsizlik tədbirləri görülüb.
Turkustan.az xəbər verir ki, İsrail polisi Təl-Əviv və Qüds arasındakı 1 nömrəli magistral yolu hər iki istiqamətdə tamamilə bağlayıb.
Bundan əlavə, Qüdsün bir çox əsas küçələri, o cümlədən Herzl, Rabin və Weizmann bulvarları bağlanıb.
İsrail polisi insanları ictimai nəqliyyatdan istifadə etməyə və təlimatlara əməl etməyə çağırıb.
Trampın Qüdsdə İsrail Parlamentində (Knesset) çıxışından sonra azad edilən məhbuslar və onların yaxınları ilə görüşmək üçün Təl-Əvivə gedəcəyi gözlənilir.
Trampın saat 09:20-də Təl-Əvivə enməsi və saat 13:00-da Misirə yola düşəcəyi gözlənilir.
Aytən Yaşar/ Turkustan.az