İsrail və HƏMAS ABŞ prezidenti Donald Trampın Qəzza zolağında davamlı sülhü nəzərdə tutan Qəzza Planının birinci mərhələsi ilə bağlı razılığa gəldikdən sonra İsrail Nazirlər Kabineti razılaşmanı rəsmən təsdiqləmək üçün iclas keçirib.
Turkustan.az xəbər verir ki, görüşdə İsrailin baş naziri Binyamin Netanyahu və kabinet üzvləri, həmçinin Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner iştirak edib.
Görüşün əvvəlində çıxış edən Netanyahu, "girovları geri qaytarmaq" məqsədinə çatmağa yaxın olduqlarını ifadə edərək, "Son iki il ərzində döyüş hədəflərimizə çatmaq üçün mübarizə apardıq. Bu hədəflərdən ən əhəmiyyətlisi diri və ya ölü bütün girovları geri qaytarmaq idi və biz bu hədəfə çatmağa yaxınıq" dedi.
Görüşün ardından İsrail Baş Nazirlik Ofisi, Donald Trampın Qəzza zolağında qalıcı sülhün bərqərar edilməsini nəzərdə tutan Qəzza Planının birinci mərhələsinin hökumət tərəfindən təsdiqləndiyini bildirərək, "Hökumət diri və ya ölü bütün girovların azad edilməsi ilə bağlı razılaşmanı indicə təsdiqlədi" dedi.
Razılaşmaya əsasən, İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağı daxilində müəyyən edilmiş xəttlərə çəkiləcəyi, HƏMAS-ın isə 72 saat ərzində bütün girovları azad edəcəyi gözlənilirdi.
Aytən Yaşar/ Turkustan.az