Papa XIV Leo ilk xarici səfərini Türkiyəyə edəcək


Katoliklərin ruhani lideri Papa XIV Leo xaricə ilk rəsmi səfərini Türkiyəyə edəcək.

Turkustan.az xəbər verir ki, Vatikandan verilən məlumata görə, Papa Leo prezident Ərdoğan və dini qurumların dəvəti əsasında 27-30 noyabr tarixlərində Türkiyəyə səfər edəcək.

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa XIV Leo-nun ilk rəsmi xarici səfərini Türkiyəyə edəcəyi bildirilib.

Vatikan Mətbuat sözçüsü Matteo Bruni verdiyi yazılı açıqlamada, Papa XIV Leo'nun prezident Rəcəb Tayyib Ərdoğan və dini qurumların dəvəti ilə 27-30 noyabr tarixlərində Türkiyəyə səfər edəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ