Putin və Netanyahu Trampın Qəzza planını müzakirə etdi


Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Qəzza planını müzakirə etmək üçün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Turkustan.az xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin Netanyahu ilə telefon danışığı aparıb.

Yaxın Şərqdəki cari proseslərin və ABŞ prezidenti Trampın Qəzza planının ətraflı müzakirə edildiyi görüşdə Putin Fələstin probleminin məlum beynəlxalq hüquqi baza əsasında hərtərəfli həlli ilə bağlı Rusiyanın qətiyyətli mövqeyini bir daha vurğulayıb.

Görüş zamanı digər regional məsələlər, xüsusilə də İranın nüvə proqramı ilə bağlı vəziyyətin danışıqlar yolu ilə həllinin tapılması və Suriyada sabitliyin təmin edilməsi zərurəti də müzakirə edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ