Azərbaycanla bağlı yayılan bu məlumatlar dezinformasiyadır - FOTO


Bəzi sosial media səhifələrində “oktyabrın 7-də İsrailin Qəzzaya qarşı başlatdığı soyqırımın ildönümündə Azərbaycanda bayraqlar yarıya endirilib” kimi paylaşımlar dezinformasiya xarakteri daşıyır.

Turkustan.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Dezenformasiya ilə Mübarizə Mərkəzi bu iddialarla bağlı açıqlama yayıb.

"Azərbaycanın Fələstin əleyhinə mövqedə olduğu görüntüsünü yaratmaq məqsədi daşıyan bu kimi paylaşımlar ictimaiyyəti çaşdırmağa, Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirməyə, qardaş ölkə Azərbaycanın nüfuzuna zərər vurmağa, həmçinin Türk-İslam dünyasında həmrəylik təsəvvürünü sarsıtmağa yönəlmiş sistemli təxribat kampaniyasının tərkib hissəsidir", - məlumatda qeyd olunub.

Mərkəzdən bildirilib ki, bu kimi əsassız və manipulyativ məlumatlara inanılmamalı, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etibar edilməlidir./publika.az


MANŞET XƏBƏRLƏRİ