Türkiyə vətəndaşları İsrail tərəfindən saxlanıldı


Qəzzaya yardım çatdırmaq üçün yola çıxan Qlobal Sumud Donanmasında İsrail tərəfindən qanunsuz olaraq saxlanılan bir qrup Türkiyə vətəndaşı İordaniya üzərindən Türkiyəyə qayıtmaq üçün İordan çayının qərb sahilinə keçib.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Keçeli 14 türk vətəndaşının Türkiyəyə geri döndüyünü açıqlayıb.

Hücum etdiyi Qlobal Sumud Donanmasında İsrail tərəfindən qeyri-qanuni olaraq saxlanılan bir qrup Türkiyə vətəndaşı İordaniya üzərindən Türkiyəyə qayıtmaq üçün İordan çayının qərb sahilinə çatıb.

Fəallar işğal altındakı İordan çayının qərb sahili ilə İordaniya arasındakı Kral Hüseyn (Allenbi) körpüsü keçidinə gətirilib.

İsrailin cənubundakı Ketziot həbsxanasında saxlanılan fəalları daşıyan həbsxana nəqliyyat vasitələri sərhəd keçidindən keçib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ