Ukraynada daha bir azərbaycanlı həlak olub


Ukraynanın Donetsk vilayətində azərbaycanlı ata və oğul artilleriya zərbələrinə məruz qalıblar.

Turkustan.az xəbər verir ki, vilayətin Konstantinovka şəhərində gedən artilleriya döyüşləri zamanı, şəhər sakini 1991-ci il təvəllüdlü Əzizov İlqar Vüqar oğlu atəş nəticəsində həlak olub.

Onun atası, 1964-cü il təvəllüdlü Əzizov Vüqar Zabulla oğlu isə ağır yaralanıb.

Mülki şəxslər olan azərbaycanlı ata və oğul Ukrayna vətəndaşlarıdırlar, Konstantinovka sakinidirlər.

Qeyd edək ki, son vaxtlar Konstantinovka şəhərinə hücumları artıran Rusiya ordusu Ukrayna ordusunun ciddi müqaviməti ilə rastlaşıb.


MANŞET XƏBƏRLƏRİ