Tramp: Ərdoğan güclü liderdir, HƏMAS ona hörmət edir"


Fələstin və İsrail nümayəndə heyətləri Misirdə Qəzza danışıqlarını davam etdirərkən, ABŞ prezidenti Donald Tramp açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Tramp HƏMAS-ın çox mühüm mövzularda razılığa gəldiyini və prezident Ərdoğanla görüşdüyünü bildirib.

Prezident Ərdoğanın sülh üçün böyük səylər göstərdiyini bildirən Tramp, “Prezident Ərdoğan çox güclü bir insandır, Həmas ona çox hörmət edir” deyib.

Tramp Qəzza ilə bağlı razılaşmanın tezliklə baş verəcəyini g özlədiyini bildirib.

ABŞ prezidenti Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrin Qəzzada atəşkəs planının həyata keçirilməsinə mühüm töhfələr verdiyinə diqqət çəkərək, "Hər kəs bizim tərəfimizdədir" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ