Aİ Rusiyaya qarşı sanksiyaları 2026-ci ilin sonlarına qədər uzatdı


Aİ Şurası “hibrid təhdidlərə” qarşı mübarizə məqsədilə Rusiyaya qarşı sanksiyaları 2026-cı il oktyabrın 9-dək uzadıb. Bu barədə Şuranın saytında məlumat verilib.

Turkustan.az xəbər verir ki, sanksiya mexanizmi Rusiyanın “sabitliyi pozan fəaliyyəti” ilə əlaqəli 47 fiziki və 15 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edir. Onların aktivləri dondurulub. Avropa təşkilatlarının onlara maliyyə dəstəyi verməsi qadağandır. Sanksiya siyahısında olan şəxslərin ittifaq ərazisinə daxil olması və ya tranzit keçməsi qadağandır.

Aİ Rusiyanın “hibrid təhlükəsi”ni informasiyanın manipulyasiyası və Aİ-yə üzv ölkələrin daxili işlərinə müdaxilə kimi müəyyən edir. Sanksiyalar paketi 2024-cü il oktyabrın 8-də qəbul edilib. 2025-ci ilin mayında o, genişləndirilib, Aİ ölkələrinə "dezinformasiyada iştirak edən" Rusiya KİV-lərinin yayım lisenziyalarını dayandırmaq hüququ verilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ