"Azad Fələstin!" – Qlobal Sumud Flotilla fəallarından İsrailə cavab


Qəzzaya humanitar yardım gətirmək üçün yola çıxan Qlobal Sumud Flotilla fəalları saxlandıqları Aşdod limanına gələrək onları “terrorçu” adlandıran İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri Ben-Qvirə “Azad Fələstini” şüarı ilə cavab veriblər.

Turkustan.az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə, İsraildə hüquq-mühafizə orqanlarından məsul olan ifrat sağçı lider Ben-Qvir, İsrail ordusu tərəfindən qeyri-qanuni olaraq saxlanılan Qlobal Sumud Flotilla fəallarının Aşdod Limanında saxlandığı əraziyə gəlib.

Fəalların yerdə cərgə-cərgə oturtulduqlarını göstərən videoda Ben-Qvirin "Bunlara baxın, qatillərin tərəfdarıdırlar. Yeri gəlmişkən, gəmiləri çirkab içində idi. Onlar Qəzzaya kömək etməyə, terrorçulara kömək etməyə gəliblər. Bunlar terrorçudur..." dediyi eşidilir.

Qeyd edilib ki, fəallar “Azad Fələstinə” şüarları səsləndirməyə başlayanda videonun kəsilib.

Daha sonra İsrail ordusu tərəfindən qeyri-qanuni olaraq ələ keçirilən flotiliyadakı gəmilərdən birinə minən Ben-Qvir gəmilərin yardım daşımadığını iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ