Ərdoğandan İranla bağlı şok fərman: SEPAH-ın maliyyə şəbəkəsi hədəfə alındı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının qərarları əsasında əmlakı dondurulan şəxslər və qurumların siyahısında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Turkustan.az xəbər verir ki, fərman “Rəsmi Qəzet”də dərc olunub.

Sənədə əsasən, İranın Atom Enerjisi Təşkilatı, “Bank Sepah” və “Bank Sepah International”, İsfahan Nüvə Yanacağı Araşdırma və İstehsal Mərkəzi, İsfahan Nüvə Texnologiyaları Mərkəzi, həmçinin 20 nəfər İran vətəndaşı daxil olmaqla, bir sıra təşkilat və şəxslərin aktivləri dondurulub./publika.az


MANŞET XƏBƏRLƏRİ