Fitch: ABŞ hökumətinin bağlanması siyasətin qurulması problemlərini ortaya qoyur


Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings bildirdi ki, ABŞ-da federal hökumətin bağlanması ölkənin kredit reytinqinə qısamüddətli təsir göstərməyəcək, lakin bu, siyasətin formalaşmasında uzun müddət davam edən zəiflikləri vurğulayır.

Turkustan.az xəbər verir ki, Fitch-in bəyanatında xatırladılıb ki, bağlanma müvafiq federal qurumların fəaliyyətini dayandırmasına və işçilərini ödənişsiz məzuniyyətə göndərməsinə səbəb ola bilər, lakin bu müddət üçün maaşlar müvafiq ayırmalar təsdiqləndikdən sonra işçilərə ödəniləcək.

Bəyanatda ABŞ Konqresinin yeni maliyyə ili başlamazdan əvvəl sonuncu dəfə 12 təxsisat qanun layihəsinin hamısını 1996-cı ildə qəbul edə bildiyi, sonuncu bağlanmanın isə 2018-2019-cu illərdə baş verdiyi qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ