Ərdoğan Trampa açıq şəkildə deyib: Ona pul verdiyimizi xatırlatdım


Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının dördüncü qanunvericilik ili rəsmi olaraq başlayıb.

Turkustan.az xəbər verir ki, bu münasibətlə parlamentdə təşkil olunan qəbulda Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Qəbul zamanı jurnalistlərə qısa açıqlama verən Ərdoğan, ABŞ prezidenti Donald Trampla son görüşünə dair bir təfərrüatı ilk dəfə bölüşüb.

Prezident bildirib ki, F-35 döyüş təyyarələri ilə bağlı məsələni Trampa bir daha xatırladıb:

“Trampa dedim ki, F-35-lər üçün pul vermişik. İndi görək nə olacaq”, – deyə Ərdoğan qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ