Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında yazılı paylaşım edərək Rusiyanın Dnepr şəhərinə pilotsuz təyyarə ilə hücum edildiyini açıqlayıb.
Rusiya ordusunun şəhərdəki mülki infrastrukturu hədəf aldığını qeyd edən Zelenski, hücumda 10 nəfərin yaralandığını bildirib.
Zelenski şəhərdə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib və Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb.
"Hər belə hücumla ruslar bir daha sübut edir ki, onlara güclü təzyiq lazımdır", - Zelenski bildirib.
Aytən Yaşar/ Turkustan.az