Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsə nail olmaq məqsədi ilə təqdim etdiyi sülh planını alqışlayıb.
Turkustan.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Trampın təqdim etdiyi sülh planı ilə bağlı yazılı açıqlama verib.
Bəyanatda deyilir: "Baş katib dünən ABŞ prezidenti Trampın Qəzza zolağında və bölgədə atəşkəs və davamlı sülh əldə etməyi hədəfləyən bəyanatını alqışlayır. O, həmçinin ərəb və müsəlman dövlətlərinin bu məqsədə çatmaqda oynadığı mühüm rolu yüksək qiymətləndirir".
Bəyanatda vurğulanır ki, bütün tərəflərin razılığa və onun yerinə yetirilməsinə dair öhdəlik götürməsi həyati əhəmiyyət kəsb edir və prioritet məsələ bu münaqişənin yaratdığı böyük iztirabları yüngülləşdirmək olmalıdır.
Aytən Yaşar/ Turkustan.az